Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
19.03.2024 / Xəbərlər

Ramazan ayının başlaması ilə əlaqədar Qazaxda tədbir keçirilib

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Qazax Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazax rayon Qazılığının birgə təşkilatçılığı ilə Ramazan ayının başlaması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Eşqin Allahverənov, Qazax RİH-nin əməkdaşı Ceyhun Rüstəmov, QMİ-nin rayon qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı QMİ-nin Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb, eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.