Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
25.04.2024 / Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəki şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini icmaların kitablarla təmin edilməsi, din xadimlərinə göstərilən maddi dəstək və s. məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri və təklifləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.