Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
28.03.2024 / Xəbərlər

Maliyyə-təsərrüfat şöbəsi, şöbə müdirinin müavini - baş mühasib vəzifəsi üzrə daxili müsahibə elan edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiyalar üzrə daxili müsahibə elan edir:

Maliyyə-təsərrüfat şöbəsi, şöbə müdirinin müavini - baş mühasib

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər şərtlərlə Dövlət İmtahan Mərkəzinin saytı www.exidmet.dim.gov.az vasitəsilə tanış ola bilərlər. Namizəd 28 mart 2024-cü il tarixindən 15 aprel  2024-cü il saat 18:00-dək  Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.