Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
19.03.2024 / Xəbərlər

Kürdəmirdəki hərbi hissədə "Dini ekstremizmin mahiyyəti və fəsadları" mövzusunda tədbir keçirilib.

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Kürdəmirdə yerləşən N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə "Dini ekstremizmin mahiyyəti və fəsadları" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, hərbi hissənin zabit və əsgərləri iştirak ediblər.

Çıxışlarda dini ekstremizmin mahiyyətindən və yarada biləcəyi təhlükələrdən bəhs edilib. Dini  ekstremizmlə mübarizədə və sağlam dini düşüncənin formalaşmasında dini maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.