Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
14.03.2024 / Xəbərlər

Gəncədə vətəndaşların müraciətləri dinlənilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı martın 14-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyib.

Qəbuldan öncə Səyyad Salahlı və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin şəhərdə ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Qəbulda vətəndaşların İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmaların fəaliyyəti və digər məzmunlu müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbəri Həsən Məmmədovun iştirakı ilə keçirilmiş qəbulda Gəncə şəhərindən, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşlar iştirak ediblər.