Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
28.03.2024 / Xəbərlər

Bölgələrdə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçirilir

Bölgələrdə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Martın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və  Ucar, GöyçayKürdəmirZərdab rayonlarında fəaliyyət göstərən din xadimləri, dini icma sədrlərinin, həmçinin Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşı Əzim Rəfiyev, İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Vüsal Zöhrabovun iştirakı ilə anım tədbiri keçirilib.

***

Martın 27-də Quba Soyqırımı Memorial Kompleksində soyqırımı günü ilə bağlı tədbir keçirilib. Tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, QMİ-nin bölgə qazısı Naib Səttarov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri qatılıblar.

***

Martın 28-də Ucar rayonunda da anım tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon ağsaqqalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Martın 28-də Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 saylı şəhər tam orta məktəbində baş tutan anım tədbirinə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, Rayon Təhsil sektorunun əməkdaşı Tacəddin Əli, rayon Gənclər və İdman sektorunun əməkdaşı Salamat Nəcəfov, müəllimlər və şagirdlər qatılıblar. 

***

Martın 28-də Siyəzəndə keçirilən anım tədbirində Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, ziyalılar və gənclər iştirak ediblər.

 

Çıxışlarda natiqlər 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdiklərini və Soyqırımı nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyini vurğulayıblar. Ötən əsrdə ermənilərin törətdikləri qırğınların xalqımızın qan yaddaşında əbədi iz buraxdığı qeyd edilib.