Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
27.03.2024 / Xəbərlər

Balakəndə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

Martın 27-də Balakən rayonu Şambul kənd tam orta məktəbində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımılar, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verilib. Vurğulanıb ki, xalqımıza qarşı belə soyqırımılarından biri də  1918-ci ilin sonlarından başlayaraq erməni- bolşevik silahlı dəstələri tərəfindən törədilib.