Ucar, Gədəbəy və Samuxda maarifləndirmə tədbirləri keçirilib
09 fevral 2024, 17:21

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

 

Fevralın 9-da Ucarda "Milli-mənəvi dəyərlərimiz və gənclik" mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və gənclər iştirak ediblər.

***

Daha bir tədbir fevralın 9-da Gədəbəy Peşə Liseyində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq və mənəvi dəyərlərimiz" mövzusunda baş tutub. Tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Cavid Səfərov, Rayon İcra Hakimiyyəti (RİH), Gənclər və İdman sektorunun əməkdaşları, eləcə də gənclər qatılıblar.

***

Fevralın 9-da Samux rayonunun Lək kənd tam orta məktəbində isə “Gənclərimizi dini cəhalət, xurafat və radikalizmin təsirlərindən qoruyaq” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux  RİH-in İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin  müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Emin Şəmmədov və şagirdlərin iştirakı ilə baş tutub.

 

Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Bu cür tədbirlərin keçirilməsininin zəruriliyi diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.