Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
07.12.2023 / Heydər Əliyev ili

Salyan və Sabirabadda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbirlər keçirilib

06.12.2023, Salyan rayonu: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Salyan rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə rayondakı Mərkəzi kitabxanada “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. Tədbirdə Komitənin şöbə müdiri Sənan Xəlilov, Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhərrəm Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, QMİ-nin bölgə üzrə qazısı Hüsni Həsənov, din xadimləri və ziyalılar iştirak ediblər.

 

07.12.2023, Sabirabad rayonu: DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad rayon İcra Hakimiyyəti və QMİ-nin rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən tədbirə şöbənin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri qatılıblar.

 

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu  dövlət-din siyasəti, toleranlıq və multikulturalizm ənənələrindən söhbət açılıb. Eləcə də xalqın milli-mənəvi dəyərlərinə Ulu Öndər tərəfindən göstərilən diqqət və qayğıdan,  ölkədə etiqad, inanc azadlığının təmin edilməsi istiqamətində görülən misilsiz xidmətlərdən bəhs edilib.