Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
29.11.2023 / Heydər Əliyev ili

Saatlıda “Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda tədbir keçirilib

Noyabrın 29-da Saatlı şəhər Müşfiq Muradov adına 1 saylı ümumi orta məktəbində  “Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, gənclər, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxış edən natiqlər Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, Ümummilli Lider hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş bir ölkəyə çevirib. Respublikamızın hərtərəfli inkişafı məhz Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə bağlıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb.