Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
11.12.2023 / Heydər Əliyev ili

Qubada “Heydər Əliyev İli” çərçivəsində regional konfrans keçirilib

Dekabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və müvafiq dövlət qurumlarının birgə təşkilatçılığı ilə Qubada “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycançılıq ideologiyasının formalaşmasında Heydər Əliyev dühası: milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib.

Konfransda Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba–Xaçmaz Regional Mədəniyyət, Gənclər və İdman, Təhsil İdarələrinin rəhbər şəxsləri,  regionun elm, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşları, ziyalılar, din xadimləri, eləcə də gənclər iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və Vətənimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gəlmiş “Heydər Əliyev və Azərbaycançılıq” adlı sənədli film nümayiş etdirilib.

Çıxışlarda qeyd edilib ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışıb. Diqqətə çatdırlıb ki, milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Konfrans müzakirələrlə davam edib.