Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
20.12.2023 / Heydər Əliyev ili

Naftalanda "Milli-mənəvi dəyərlərin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Naftalan şəhər Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Uşaq Musiqi Məktəbində "Milli-mənəvi dəyərlərin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Gənclər və İdman sektorunun əməkdaşı İsa İsayev, məktəbin direktoru Almaz Əliyeva, eləcə də təhsil işçiləri iştirak ediblər.

Çıxışlarda Ulu Öndərin həyatı, dövlətçilik fəaliyyəti və milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan geniş bəhs edilib. Heydər Əliyevin dövlət-din münasibətlərinə böyük əhəmiyyət verdiyi qeyd edilib, Ümummilli Liderin irsinin dərindən öyrənilməsinin zəruriliyi vurğulanıb.

Sonda Ulu Öndərin Milli-mənəvi dəyərlərin təbliği sahəsində gördüyü işlər barədə videoçarx nümayiş etdirilib.