Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
28.12.2023 / Heydər Əliyev ili

Balakən, Göyçay və Şəkidə "Ulu Öndər Heydər Əliyev və həmrəyliyimiz" mövzusunda tədbirlər keçirilib

Dekabrın 28-də Balakən şəhəri Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və Texniki təmayüllü liseydə "Ulu Öndər Heydər Əliyev və həmrəyliyimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.

Daha bir tədbir dekabrın 28-də Göyçay rayonunda baş tutub. "Ulu Öndər Heydər Əliyev və həmrəyliyimiz" mövzusunda keçirilən tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri İlham Qəribov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, qadın dini ayin icraçıları, eyni zamanda idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Dekabrın 28-də Şəki şəhər mərkəzi “Cümə” məscidində  "Ulu Öndər Heydər Əliyev və həmrəyliyimiz" mövzusunda baş tutan tədbirə isə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, din xadimləri və dini icmaların nümayəndələri qatılıblar.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli həmrəylik simvoluna çevrilib. Vurğulanıb ki, ölkəmizdə mövcud olan milli, dini birlik və həmrəyliyin möhkəmləndirilməsi Ulu Öndərin adı ilə bağlıdır.  Çıxışlarda Heydər Əliyevin ölkəmiz və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən də bəhs edilib.

Tədbirlər müzakirələrlə davam edib.