Şriftin ölçüsü:

Saytın rəngi:

KÖNÜLLÜ FƏALİYYƏT / 

Könüllü fəaliyyət xəbərləri
10.03.2022 / Könüllü fəaliyyət xəbərləri

Dövlət Komitəsinin könüllüləri Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti ilə tanış olublar

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Könüllümüz ol” layihəsinin iştirakçıları Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunda olublar.

Fondun icraçı direktoru Mehman İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə təsis edilən könüllülük hərəkatının faydalarından danışıb. O, həmçinin könüllülüyün bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli prosesə çevrilməsindən, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etməsindən bəhs edib.

Gənclərə Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verən M.İsmayılov görüşün sonunda könüllüləri maraqlandıran sualları cavablandırıb.