Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
12.02.2024 / Xəbərlər

Zaqatala və Ağcabədidə maarifləndirmə tədbirləri keçirilib

Zaqatala və Ağcabədi rayonlarında maarifləndirmə tədbirləri keçirilib.

Fevralın 9-da Zaqatala rayonu Əliabad qəsəbəsi 2 №-li tam orta məktəbində “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin əhəmiyyətinin təbliği, onun qorunması və möhkəmləndirilməsi”  mövzusunda seminar keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Xamis İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı ailə dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu  və genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynadığı bildirilib. Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin əhəmiyyətinin təbliği, onun qorunması və möhkəmləndirilməsi istiqamətində görülməli işlər barədə geniş məlumat verilib.

***

Fevral ayının 9-da Ağcabədi şəhər 6 saylı tam orta məktəbində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə “Narkomaniya və zərərli vədişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsi rəisinin birinci müavini Elmir Dəmirçiyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı narkomaniyanın qurbanına çevrilmiş insanların həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlərdən bəhs olunub. Bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.