Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
14.11.2023 / Xəbərlər

Yeni təyinat almış din xadimləri ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün 04-19 sentyabr tarixlərində keçirilmiş müsahibədə uğur qazanan və təyinat alan din xadimləri ilə görüş keçirilib.

Noyabrın 13-də baş tutan görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Son illərdə bütün sahələrə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları bu gün din xadimlərinin fəaliyyətində əsas xətt olmalıdır.

Görüşdə yeni təyinat almış din xadimlərinin fikirləri və təklifləri dinlənilib. Dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirən çıxışçılar məscidlərə məhz bu qaydalar əsasında təyinatın həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək, imtahanların obyektiv və şəffaf təşkil edilməsindən razılıqlarını bildiriblər.

Qeyd edək ki, təyinat alanlardan 2-i fəlsəfə doktoru olmaqla  31-i din xadimi, 10 nəfəri isə qadın dini ayinlərin icraçısıdır.