Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
12.02.2024 / Xəbərlər

Ucarda maarifləndirmə tədbiri keçirilib

Fevralın 12-də Ucar rayonu Alpout kənd 2 saylı tam orta məktəbində "Zərərli vərdişlər və onların fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon Polis Şöbəsinin əməkdaşı Xəqani Vahidov, müəllim və şagirdlər iştirak ediblər.
Zərərli vərdişlər və onların fəsadları barədə məlumat verilib. Ölkəmizdə yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən işlər diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.