Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
17.01.2024 / Xəbərlər

Mingəçevirdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub

Yanvarın 17-də Mingəçevir şəhərində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, ictimaiyyət nümayəndələri, din xadimləri və  gənclər iştirak ediblər.

Natiqlər milli kimliyimizin qorunmasında mənəvi dəyərlərin mühüm rol oynadığını diqqətə çatdırıblar. O da qeyd edilib ki, tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr həm də mədəni tərəqqinin, əxlaqi xüsusiyyətlərin göstəriciləri kimi çıxış edib.

Tədbir müzakirələrlə davam edib.