Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
04.11.2023 / Xəbərlər

Dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlimlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) sədrinin 68 nömrəli, 29.12.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində 2023-cü il üçün İllik İş Planına uyğun olaraq dövlət qulluqçularının etik davranış qaydalarına həsr edilmiş təlimlər keçirilib.  

17-18 avqustda Şamaxı,  9-11 oktyabrda Lənkəran, 30-31 oktyabrda Gəncə, Masallı, 01-02 noyabrda Tovuz rayonlarında  baş tutan təlimlərdə müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.

Təlimlər zamanı Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Aqşin Əliyev tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn tələblər, davranış qaydaları barədə məlumat verilib. Etik davranış qaydalarının əsas prinsipləri və məqsədləri, əxlaqi prinsiplər, peşə əxlaqı, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər diqqətə çatdırılıb. Eyni zamanda  dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılıb.