Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
09.02.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Xaçmaz şəhər Tarix Diyarşünaslıq muzeyi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 1)  keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (023) 335-22-70, (051) 225-47-77, chairman@scwra.gov.az, dk-quba@scwra.gov.az) müraciət etmələri xahiş olunur.