Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
12.03.2024 / Xəbərlər

“Dinlərarası harmoniya” mövzusunda keçirilən festival Türkiyə mətbuatında işıqlandırılıb

Mart ayının 8-də “Dinlərarası harmoniya” mövzusunda Bakıda keçirilən festival Türkiyə mətbuatında işıqlandırılıb.

Müxtəlif media vasitələrində yayımlanan xəbərlərdə  ölkəmizdəki mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliğindən bəhs edilib. Azərbaycanda fəaliyyət göstərən dini qurumların birgə təşkilatçılığı ilə baş tutan festival zamanı ölkəmizdə dini etiqad azadlığı üçün yaradılmış münbit şərait, milli-mənəvi dəyərlərə, ibadət yerlərinə göstərilən qayğı, dövlətlə dini qurumlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıqla bağlı reallıq diqqətə çatdırılıb.