Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Xəbərlər
28.12.2023 / Xəbərlər

Cəzaçəkmə müəssisələrində “Milli dövlətçilik və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Dekabrın 27-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə Tədbirlər Planına əsasən 10 və 11 saylı cəzaçəkmə müəssisələrində “Milli dövlətçilik və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirilmə tədbiri keçirilib.

Tədbirlərdə DQİDK-nın Dini təhsil şöbəsinin əməkdaşı Vüqar Əliyev, Penitensiar Xidmətin əməkdaşı Mübariz Vəliyev, ilahiyyatçı Əkrəm Həmidov və cəzaçəkmə müəssisələrinin əməkdaşları iştirak ediblər.

Çıxışlarda cəzaçəkmə müəssisələrində keçirilən bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışılıb. Eyni zamanda vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

Məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.