Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
26.04.2024 / Xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Respublikamızın bölgələrində müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilir. 

Aprelin 25-də Yardımlı rayonunun Avaş kəndi N.Cəfərov adına tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər”, Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbində “Dini radikalizm və xurafata qarşı mübarizədə gənclərin rolu”, Ağcabədi rayonunun Pərioğullar kənd tam orta məktəbində “Narkomaniya və zərərli vədişlərə qarşı mübarizə”, Ucar rayonunun Qazyan kənd 3 saylı tam orta məktəbində "Zərərli vərdişlər və onların həyatımıza neqativ təsiri", Samux rayonunun Yenikənd tam orta məktəbində “Aprel döyüşləri: Şanlı zəfərə aparan yol”, Salyan rayonunda  “İslam dünyasının mədəniyyət paytaxtı – Şuşa şəhəri”, eləcə də Qazax rayonunda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzularında tədbirlər keçirilib. 

Mövzuların müzakirəsinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələrinin əməkdaşları, aidiyyəti qurumların nümayəndələri, təhsil işçiləri və məktəblilər qatılıblar. 

Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Ölkəmizdə dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində görülən işlərdən bəhs olunub.

Tədbirlər diskussiya şəklində davam edib.