Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
25.04.2024 / Xəbərlər

Biləsuvar və Qax rayonlarında tolerantlıq ənənələri və multikulturalizm mövzusu müzakirə olunub

Aprelin 25-də BiləsuvarQax rayonlarında “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda tədbirlər keçirilib.

Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, müvafiq qurumların əməkdaşları, müəllimlər, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olub. Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu da diqqətə çatdırılıb.