Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
26.04.2024 / Xəbərlər

Bakıda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib

Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşları, İcra Hakimiyyəti, Rayon Polis İdarəsinin nümayəndələri, din xadimləri, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və onların təhlükəsi haqqında ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı, respublikamızın dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi qeyd olunub.
Tədbir iştirakçıları milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı bildiriblər ki, dini radikalizm, xurafat cəmiyyətin inkişafına mane olur. Bildirilib ki, onların da qarşısının alınması maarifləndirmədən, İslamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini ekstremizm, fanatizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçılar bu məfhumların mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğulayıblar.        
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.