Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Press-relizlər
12.12.2023 / Press-relizlər

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

1. Ağcabədi şəhəri "Cümə" məscidi - İmam

2. Astara rayonu, Kijəbə qəsəbəsi "Lovayın" məscidi - İmam müavini

3. Lənkəran rayonu, Separadi kənd məscidi - İmam müavini

4. Tovuz şəhər məscidi - İmam

5. Xaçmaz şəhəri "Təzə şəhər" məscidi - İmam

6. Qax şəhər məscidi - İmam

7. Bakı şəhəri, Yasamal rayonu "Təzəpir" məscidi - Qadın dini ayinlərin icraçısı

 

Müsahibədə iştirak etmək istəyən namizədlər 13 dekabr 2023-cü il tarixindən 13 yanvar 2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

 

Əlaqə nömrələri:

(012) 497 02 53

(012) 492 62 29

(012) 437 31 15

(077) 209 60 70