Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Press-relizlər
07.03.2024 / Press-relizlər

Gəncədə vətəndaşların müraciətləri dinləniləcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı martın 14-də Gəncə, Naftalan şəhərlərindən, Daşkəsən, Göygöl, Samux, Goranboy, Kəlbəcər, Xocalı  rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, N.Gəncəvi prospekti, 535) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (022) 256 91 14, (055) 218 52 95, chairman@scwra.gov.az, dk-gence@scwra.gov.az) müraciət etmələri xahiş olunur.