Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Press-relizlər
14.09.2023 / Press-relizlər

Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 19-da Ucar, Kürdəmir, Göyçay və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcəkdir. Qəbul saat 11:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 153)  keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinə müraciət etmələri (Əlaqə vasitələri: (02021) 3-05-78, (050) 899 88 54, chairman@scwra.gov.az, dk-ucar@scwra.gov.az) xahiş olunur.