Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Press-relizlər
17.11.2023 / Press-relizlər

Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də  Saatlı, Sabirabad, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

Qəbul saat 11:00-da Sabirabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 95)  keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə (Əlaqə vasitələri: (02124) 6-62-99, (050) 562-72-32, chairman@scwra.gov.az, dk-imishli@scwra.gov.az) müraciət etmələri xahiş olunur.