Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
29.02.2024 / Məqalə

Polşa jurnalında Alban-Udi Xristian dini icmasının rəhbərinin məqaləsi yayımlanıb

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobilinin Polşanın "Idziema” jurnalında ölkəmizə məxsus zəngin alban irsi barədə məqaləsi çap olunub. Yazıda Qafqaz Albaniyasının xristian abidələrinin tarixindən bəhs olunub, o cümlədən Alban xristian memarlığı nümunələrinə göstərilən diqqət və qayğıya toxunulub. Həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən parlaq qələbə nəticəsində işğaldan azad olunan tarixi Azərbaycan torpaqlarında yerləşən Alban kilsələrinin ermənilər tərəfindən saxtalaşdırılması faktlarına geniş yer verilib.

Qeyd edək ki, bu məqalə bundan öncə sözügedən jurnalın 9 yanvar tarixli, 2/2024 nömrəli sayında nəşr edilən "Nəsli kəsilməkdə olan irs" adlı yazıda ölkəmizin ünvanına yönələn ittihamların əsassız və tamamilə böhtan xarakteri daşıdığını sübuta yetirmək məqsədilə yazılıb.