Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
10.11.2021 / Məqalə

Pakistan mətbuatında 8 Noyabr - Zəfər Gününün ilk ildönümü münasibətilə məqalələr dərc edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun Pakistanın geniş oxucu auditoriyasına malik nüfuzlu ingilisdilli “Daily IslamabadPOST” qəzeti, “Nation Herald Tribune” nəşri, “DNA-Diplomatic posts Agency”, “CENTRELINE” elektron xəbər portallarında Azərbaycanın Vətən Müharibəsinə həsr edilmiş “Azərbaycanın Vətən Müharibəsi: 8 Noyabr - Zəfər Günü” (Azerbaijani Patriotic War: November 8 - Victory Day) başlıqlı məqalələri dərc olunub.

Məqalələrdə 2020-ci il sentyabrın 27-dən başlayan 10 noyabradək davam edən, işğal altındakı ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi və qələbə şərəfinə qeyd edilən şanlı Zəfər Günündən bəhs edilir.

30 il ərzində BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməməsi və beynəlxalq hüququn Azərbaycanın özü tərəfindən təmin edildiyi xüsusi vurğulanır.

Məqalələrdə bildirilir ki, yenilməz Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Həmçinin qeyd olunub ki, müharibə zonasından uzaq yerləşən şəhərlərimizin qadağan edilmiş silahlarla - Smerç və Scud-B ballistik raketləri ilə bombalanması, mülki vətəndaşlarımızın öldürülməsi erməni vəhşiliyinin bariz nümunəsidir. Eyni zamanda, noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən, mədəniyyət beşiyi, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi, yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı rəşadətli Azərbaycan sərkərdəsinin şah əsəri olduğu vurğulanıb, beləliklə, Ermənistan Azərbaycan qarşısında təslim olaraq, kapitulyasiyasını elan etmək məcburiyyətində qalıb. 

Sonda tariximizin ən parlaq səhifələrindən olan ümummilli Zəfərin əldə olunmasında ölkəmiz və xalqımız adından siyasi və mənəvi həmrəyliklərinə, Azərbaycanın haqq səsini beynəlxalq arenada, müxtəlif platformalarda daim dəstəklədiklərinə görə Türkiyə, Pakistan kimi qardaş dövlətlərə minnətdarlıq bildirilir.

 

https://centreline.com.pk/2021/11/06/azerbaijani-patriotic-war-november-8-victory-day/?fbclid=IwAR01ihT8JK-fiPK5OWIR8mDn3PuLZQ0YfvvHVfdzrttydtIKWdbAY5C7ye8

https://islamabadpost.com.pk/azerbaijani-patriotic-war-november-8-victory-day/?fbclid=IwAR0ZbsL90iYWw_hYidAhgQvLB3BvRTL0m6xKygr-EYe4uvPti0mp0Nvj0zo