Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
27.11.2023 / Məqalə

DQİDK sədri Mübariz Qurbanlının “Heydər Əliyev və İslam dünyası” adlı məqaləsi dərc olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunan “Diplomatiya aləmi” jurnalının xüsusi buraxılışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məqaləsi də yer alıb.

“Heydər Əliyev və İslam dünyası” başlıqlı məqalədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə həm respublikamızda Sovet dövründə ciddi təzyiqlərə məruz qalmış İslam dəyərlərinin yenidən özünə layiqli yer tutması, həm də ölkəmizlə İslam dövlətləri arasında münasibətlərin inkişafı üçün yaranan imkanlar barədə məlumatlar əks olunub. Azərbaycanın İslam dünyası ilə bütün sahələrdə əlaqələrinin genişləndirilməsi, xalqlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, həmçinin münasibətlərin dərinləşdirilməsi istiqamətində Heydər Əliyevin tarixi xidmətləri vurğulanıb.

Yazıda, həmçinin müsəlman dünyasındakı aparıcı beynəlxalq qurumlarla ölkəmiz arasındakı əlaqə və təmasların intensivləşdirilməsində Heydər Əliyevin əvəzsiz rolu, qarşılıqlı səfər və görüşlər, o cümlədən Ulu Öndərin İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi, islami dəyərlərin qorunması sahəsində müəyyənləşdirdiyi siyasətin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə dair mühüm məqamlardan bəhs olunur. 

“Diplomatiya Aləmi” jurnalının xüsusi buraxılışı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür. 

https://mfa.gov.az/files/upload/59%20-%20Special%20Edition.pdf