Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Məqalə
02.07.2021 / Məqalə

DQİDK əməkdaşının məqaləsi Hindistan mətbuatında yayımlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Aqşin Axundovun “Hindistanla əlaqələr kontekstində Azərbaycanın tolerantlıq modeli” adlı məqaləsi Hindistanın “Business Central Asia” jurnalının iyun buraxılışında dərc edilib.

Məqalədə Azərbaycan haqqında ümumi məlumat verən müəllif ölkənin tarixi, ərazisi, əhalisi, dini müxtəlifliyi, tolerant, multikultural ənənələri ilə yanaşı, Ermənistanın ölkəmizə qarşı təcavüzü və düşmən vandallığına məruz qalan dini abidələrimizlə bağlı məsələlərə də toxunub. O qeyd edib ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb, ayrı-ayrı dövrlərdə Bütpərəstlik, Zərdüştilik, İudaizm, Xristianlıq, İslam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilib, bir-birinə qarşılıqlı təsir göstəriblər.

Eyni zamanda Azərbaycan-Hindistan arasındakı mədəni əlaqələrin tarixi qədimliyindən bəhs edən A.Axundov hal-hazırda ölkədə 200-ə yaxın hindlinin yaşadığını, Bakıdakı icma evində yığışan krişnaitlərin müxtəlif bayramlarını və ibadətlərini sərbəst şəkildə qeyd etdiklərini bildirib.