Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
29.03.2024 / Bölgə xəbərləri

Şirvan bölgəsindəki dini durum müzakirə olunub

Martın 28-də Şirvan bölgəsindəki dini durum müzakirə olunub. 
Online konfrans formatında keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Hüsni Həsənov, Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarının din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda bölgədə dini durumun sabit olduğu diqqətə çatdırılıb. Eyni zamanda din xadimlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Tədbir müzakirələrlə davam edib.