Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
29.03.2024 / Bölgə xəbərləri

Salyanda maarifləndirmə tədbiri keçirilib

Mart ayının 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan Rayon İcra Hakimiyyəti (RİH) və Şirvan-Salyan regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun Qaraçala qəsəbə tam orta məktəbində təhsildən yayınma hallarının qarşısının alınması və erkən nikahların fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Salyan RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Sevinc Səmədova, Salyan rayonu üzrə təhsil sektorunun müdiri Razigul Dadaşova, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər və məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı qızların erkən nikaha sövq edilməsi, uşaqların, əsasən də qızların təhsildən yayındırılma hallarının necə böyük problemlər yaratmasından danışılıb. Həmçinin mövzuya hüquqi və dini aspektdən yanaşılıb.

Tədbirin sonunda Salyan Kukla Teatrının aktyorlarının iştirakı ilə "Puç olmuş arzularım" tamaşası nümayiş etdirilib.