Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
29.03.2024 / Bölgə xəbərləri

Şagirdlər arasında maarifləndirmə işləri aparılıb

Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Füzuli kənd ümumi orta məktəbində Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təminatına həsr olunan tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Samux  Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin  müdir müavini - dini qurumlarla  işin təşkilatçısı Emin Şəmmədov, rayon Polis şöbəsinin nümayəndəsi Arzu Məmmədov  və məktəblilər iştirak ediblər.

Çıxışlarda  dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından bəhs edilib. Bildirilib ki, vətəndaşların dini etiqad azadlığının təmin edilməsi demokratik inkişaf yolu seçmiş, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir.