Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
24.01.2024 / Bölgə xəbərləri

Quba və Samuxda maarifləndirmə tədbirləri keçirilib

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

 

Yanvarın 24-də Qubada “Dini radikalizm və ekstremizmlə mübarizə yolları: hüquqi və mənəvi müstəvi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin əməkdaşı Murad Əsgərov, din xadimləri və müəllimlər iştirak ediblər.

***

Daha bir tədbir yanvarın 23-də Samux şəhər 3 saylı tam orta məktəbində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda baş tutub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbənin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşları və şagirdlər iştirak ediblər.

 

Hər iki tədbirdə dini radikalizm, zərərli vərdişlər, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışılıb. Bu sahədə maarifləndirmənin əhəmiyyətindən bəhs olunub.