Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
18.01.2024 / Bölgə xəbərləri

Qazaxda “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” həsr olunmuş tədbir keçirilib

Qazax rayonunda “2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Pərvin Zeynalov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Ceyhun Rüstəmov, QMİ-nin qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Din xadimlərinin, eləcə də dini icma sədrlərinin ötən ilin yekunlarına dair hesabatı dinlənilib. Cari ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Tədbir müzakirələrlə davam edib.