Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
17.01.2024 / Bölgə xəbərləri

Gəncədə “Yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər 41 nömrəli tam orta məktəbində “Yeniyetmə və gənclərin dini radikalizmə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Üfuqdəki gələcək” sənədli filmi nümayiş olunub.