Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
28.03.2024 / Bölgə xəbərləri

Gəncədə “Təhsilin xurafat və cəhalətə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib

Martın 28-də Gəncə şəhər 21 nömrəli tam orta məktəbində “Təhsilin xurafat və cəhalətə qarşı mübarizədə rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Vüsalə Balayeva və məktəblilər iştirak ediblər.

Çıxışlarda dini radikalizmə və xurafa qarşı mübarizədə təhsilin önəmindən bəhs olunub. Dini maarifləndirmənin vacibliyindən danışılıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gəlmiş “Üfuqdəki gələcək” sənədli filmi nümayiş olunub.