Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
31.10.2023 / Bölgə xəbərləri

DQİDK-nın bölgə şöbələrinin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin digər müaviq qurumlarla birgə respublikamızın regionlarında həyata keçirdiyi maarifləndirmə tədbirləri davam etdirilir.

 

Füzuli rayonu, 30.10.2023: rayonun “Mahmudlu-2” kənd məscidində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə edilib. Tədbirə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, “Mahmudlu-2” kənd məscidi dini icmasının sədri və imamı Sevindik Əsgərli, Horadiz şəhəri “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.

***

Göygöl rayonu, 30.10.2023: “İnformasiya əldə etmək hüququ və zərərli informasiyalardan qorunmağın əhəmiyyəti” mövzusunda tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və şagirdlər iştirak ediblər.

***

Zaqatala rayonu, 31.10.2023: Dövlət İqtisad Universitetinin Zaqatala filialında  “Azərbaycanda tolerantlıq, sülh şəraitində birgəyaşayış” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ramin Həsənov, filialın müəllimləri və tələbələri iştirak ediblər. Tədbirdə AZƏRTAC tərəfindən hazırlanan “Azərbaycan tolerantlıq modeli” adlı sənədli film nümayiş etdirilib, iştirakçılara maarifləndirici ədəbiyyat paylanılıb.

***

Zərdab rayonu, 31.10.2023: rayondakı peşə liseyində “Narkomaniya sərhədsiz fəlakətdir” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, liseyin müəllim və tələbələri iştirak ediblər.

***

Kürdəmir rayonu, 31.10.2023: "Zəfər günü: milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak ediblər.

***

Lənkəran və Astara rayonları, 31.10.2023: Lənkəran rayonunun Vilvan və Astara rayonunun Şuvi kəndi “Cümə” məscidlərində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda keçirilən tədbirlərdə isə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, məscidlərin imamları, şəhid ailələrinin üzvləri, dini icma üzvləri, eləcə də ictimaiyyyət nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda respublikamızda mövcud olan tolerant və multikultural şəraitdən bəhs olunub. Milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.