Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
03.04.2024 / Bölgə xəbərləri

Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Aprelin 4-də Kürdəmir rayonu Tarix-Diyarşünasllıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, yerli qurumların nümayəndələri  və muzeyin əməkdaşları iştirak ediblər.

***

Aprelin 3-də Balakən rayonunun Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində “Məktəblilərin dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar. 

***

Aprelin 3-də Siyəzəndə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsində əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, rayon gəncləri iştirak ediblər.

***

Aprelin 3-də  Gəncə şəhər N.Nərimanov adına 25 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdir müavini Elmar Fətəliyev, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı yeniyetmə və gənclər arasında dəyərlərimizin təbliğinin vacibliyi, ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin, tolerant və multikultural ənənələrin xalqımızın həyat tərzini təşkil etdiyi diqqətə çatdırılıb. Eyni zamanda dini radikalizm, xurafatla mübarizədə milli-mənəvi dəyərlərimizin önəmindən danışılıb. Müzakirələrlə davam edən tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.