Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bölgə xəbərləri
12.01.2024 / Bölgə xəbərləri

Ağcabədidə dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha qarşı mübarizə mövzuları müzakirə olunub

Yanvar ayının 12-də Ağcabədi şəhəri Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseydə dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha qarşı mübarizə mövzuları müzakirə olunub.

Tədbirdə Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Mirzəzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.   

Çıxışlarda ölkəmizdə dini radikalizmə, erkən nikaha və zərərli vərdişlərə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən danışılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.