Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR / 

Bəyanat
16.06.2023 / Bəyanat

Ağcabədidə “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib

İyun ayının 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Tarix-diyarşünaslıq muzeyində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, RİH başçısı aparatının İctimai-siyasi və humaitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov, rayonda fəaliyyət göstərən qurumların rəsmi şəxsləri, Ağcabədi şəhər “Cümə” məscidinin imamı Mərdan Rzayev, təhsil, mədəniyyət işçiləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin məqsədi insan hüquqları sahəsində əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olub.

Tədbir müzakirələrlə yekunlaşıb.