Şriftin ölçüsü:

Saytın rəngi:

İCTİMAİ ŞURA / 

İctimai şura xəbərləri
14.02.2023 / İctimai şura xəbərləri

Dövlət Komitəsi yanında İctimai Şuranın sədri müsahibə prosesini izləyib

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yanında İctimai Şuranın sədri Sevinc Alızadə İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün təşkil edilən müsahibədə müşahidəçi qismində iştirak edib.

Şura sədri qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün aparılan müsahibə prosesini izləyərək Müsahibə Komissiyasının üzvləri tərəfindən namizədlərə verilən sualların “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması və attestasiyası üzrə proqram”a uyğunluğunu müəyyən etməklə yanaşı, iddiaçıların imtahana hazırlıq səviyyələri ilə də tanış olmaq imkanı əldə edib.

Müşahidənin sonunda fikirlərini bölüşən DQİDK yanında İctimai Şuranın sədri S. Alızadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin şəffaf təşkilini və reqlamentə uyğunluğunu yüksək qiymətləndirib.