Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Məscidlər
09.04.2020 / Məscidlər

Mərdəkan "Heydər Cümə" məscidi

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi

Mərdəkan qəsəbəsindəki "Heydər Cümə" məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub.

1893-cü ildən fəaliyyət göstərən məsciddə ötən illər ərzində heç vaxt əsaslı təmir işləri aparılmayıb. 2012-ci ildə məsciddə yenidənqurma işlərinə başlanılıb. 2013-cü il dekabrın 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsaslı yenidənqurmadan sonra məscidin açılışında iştirak edib.

Əvvəllər bir mərtəbədən ibarət olan məscidin ikinci mərtəbəsi inşa edilib və eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Məsciddə iki dəstəmazxana, kitabxana, mədrəsə, 180 nəfərlik mərasim zalı, müxtəlif yardımçı otaqlar yaradılıb, minarə tikilib.