Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Məscidlər
07.04.2020 / Məscidlər

Buzovna "Cümə" məscidi

Ünvan: Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi

İnşasına 1896-cı ildə başlanmış Buzovna Cümə məscidinin tikintisi 1900-cü ildə yarımçıq qalmışdır. 1918-ci ildə tikinti işlərinə yenidən başlanılsa da, Azərbaycanda sovet hakimiyyətinin qurulması bu məscidin binasından başqa məqsədlər üçün istifadə olunması ilə nəticələnmişdir. Sovet dövründə məsciddən anbar və dükan kimi istifadə olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin binasında bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapmışdır. 

19 dekabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Cümə məscidində görülən yenidənqurma işləri ilə tanış olmuşdurlar.

Sahəsi 500 kvadratmetr olan məsciddən əlavə, burada köməkçi və inzibati binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar tikilmişdir. Məscid bütövlükdə sal daşlardan inşa olunmuş, fasad ərəb əlifbası ilə yazılan daş kitabələrlə üzlənmişdir. Məscidin birinci mərtəbəsində kişilər, ikinci mərtəbədə isə qadınların ibadət etmələri üçün şərait yaradılmışdır. Eyni vaxtda burada 500 nəfər namaz qıla bilər.