
Aparat rəhbəri
23 fevral 1986-cı ildə Ağdam şəhərində anadan olub.
Təhsili:
Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb.
Əmək fəaliyyəti:
2009-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatında təlimatçı;
2011-2013-ci illərdə Ağdam rayon İcra Hakimiyyətində müxtəlif şöbələrdə məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.
2013- 2014 –cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində koordinator, daha sonra isə Yeni Azərbaycan Partiyası İcra Katibliyində İdeologiya şöbəsində referent vəzifəsində çalışıb.
2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi;
2015-2016-cı illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri;
2016-2021-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.
24 dekabr 2021-ci il tarixdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəridir.
Çoxsaylı məqalələrin və bir neçə kitabın müəllifidir.
E-mail: amil.javadov@scwra.gov.az
info@scwra.gov.az
Telefon: (012) 492-69-85