Tovuz bölgəsi üzrə şöbə

Rasim Tağıyev

Şöbə müdiri - Rasim Nağı oğlu Tağıyev

 

Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə  şöbəsi əhatə etdiyi bölgədə dini durumun təhlil edilməsi, dini icmalarla müvafiq bölgənin idarəetmə strukturları arasında əlaqələrin qurulması, tədbirlərin təşkil edilməsi və s. işləri həyata keçirir.

Şöbə rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi, vətəndaşların qəbulu və şöbənin səlahiyyətləri çərçivəsində müvafiq izahatların verilməsi, öz işi ilə bağlı hesabatların hazırlanmasını təmin edir. Eyni zamanda, öz səlahiyyətləri çərçivəsində qanunvericilik və Dövlət Komitəsi tərəfindən qəbul edilmiş digər normativ-hüquqi aktların həyata keçirilməsi, müraciətlərə baxılması və müvafiq cavablar hazırlanması prosesini reallaşdırır.

Şöbə Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını əhatə edir.

Şöbənin mərkəzi Tovuz şəhərində yerləşir. Şöbənin 5 əməkdaşı var.

 

Ünvan: Tovuz şəhəri, Şəhriyar küçəsi 6, AZ6000

Telefon: 022 315 38 91

E-mail: dk-tovuz@scwra.gov.az