Sədrin birinci müavini
15 yanvar 1952-ci ildə İmişli rayonunda doğulub.
Təhsili: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini və
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Filologiya elmləri üzrə fəlsəfə doktorudur
Əmək fəaliyyəti:
1972-1989: Pedaqoji fəaliyyət
1992-1995: "Səs" qəzeti, baş redaktorun birinci müavini
1995-2005: Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilib.
2006-2010: Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu
2012- Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Təltifləri: Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı, 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı, 14 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür. Beş siyasi- publisistik, dörd bədii kitabın müəllifidir.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
E-mail: s.salahli@scwra.gov.az
Telefon: (012) 505 78 20